Apr 21, 2021 13:25 Asia/Baku
  • Ruhani: Silahlı Qüvvələrimiz ilə qürur duyuruq

İran İslam Respublikasının prezidenti Ruhani istər ordumuz istər İslam İnqilabı Keşikçiləri korpusu olsun, hər iki qüvvə nə vaxt ehtiyac duyuldusa meydanlarda olduğunu qeyd edərək, son 42 ildə silahlı qüvvələrimizin vətənə və xalqa xidmət uğrunda səyləri və fədakarlıqlarından ötəri bu qüvvələr ilə qürur duyduqlarını dedi.

SəhərAzəri xəbər verir ki,Çərşənbə günü nazirlər kabineti iclasında Ordu Gününə işarə edən prezident Ruhani belə dedi:

18 Aprel günü İmam Xomeyninin -rh- fərmanı ilə Ordu Günü olaraq adlandırıldı və o gün İran daxilində vətəndaşlar böyük və möhtəşəm yürüşlərdə “ xalq ordumuza fədadır” şuarını səsləndirir di və ordu qüvvələri  də “Ordu xalaq fəda olsun”, şuari ilə cavab verərək terror şəbəkələrinin ordunu ləğv etmə kompaniyasını əbədi olaraq boşa çıxardılar.

Prezident Ruhani belə davam etdi:

İmam Xomeyni -rh- bir neçə gün sonra da İslam İnqilabı Keşikçiləri korpusunun  quruluşunu elan etdi. Hər iki fərman çox əhəmiyyətli idi. Əgər İmamın bu iki hərəkəti olmasaydı kim bilir bizə qəbul etdiriləm  müharibədə ölkəmiz üçün nə böyük bir faciə meydana gələcək idi.

Çıxışının bir başqa hissəsində Əhatəli Müştərək Təşəbbüs Proqramına işarə  edən Ruhani belə dedi:

 

Biz Əhatəli Müştərək Təşəbbüs Proqramın eynisi tətbiq olunsun istəyirik; nə bir söz əksik, nə bir söz çox. Biz çox bir şeyin arxasında deyilik və çox bir şey də istəmirik; hərçənd bəzi tələblərimiz var, amma onları sonra gündəmə gətirəcəyik. Biz son 4 ildə yüz milyardlarla dollar zərərə uğradıq ki  hələ yerindədir. İndi də Əhatəli Müştərək Təşəbbüs Proqramı nə çox nə əskik, tətbiq olunsun istəyirik.

Amerikalılar sanksiyaların hamısını qaldırmaları lazım olduğunu vurğulayan prezident belə əlavə etdi:

Bunun doğruluğunu biz sınayacağıq və əgər doğru isə bunu biz elan edəcəyik.

 

 

Teqlər