İyun 09, 2021 16:49 Asia/Baku
  • İran neft-kimya məhsullarının satışını iki dəfə artırdı

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ölkənin neft-kimya məhsullarının satış həcminin iki dəfə artdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, cənab Ruhani deyib ki, bu günə qədər neft-kimya məhsullarının satışının ümumi dəyəri təxminən 22 milyard dollara çatıb.  

Onun sözlərinə görə, benzin istehsalı gündə 56 milyondan 107 milyon litrə, dizel istehsalı isə gündəlik 97 milyondan 137 milyon litrə çatdırılıb. 

Sonda dövlət başçısı vətəndaşların İranda iyunun 18-də keçiriləcək prezident seçkilərində fəal iştirak edəcəyinə ümid etdiyini vurğulayıb.

 

Teqlər