İyul 22, 2021 13:41 Asia/Baku
  • İran və Türkiyə
    İran və Türkiyə

İran prezidenti İran ilə Türkiyəni regionun və İslam Dünyasının iki güclü ölkəsi adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən,  O, vurğulayıb ki, Tehran və Ankara regional problemlərin həllində mühüm rol oynayırlar və öz həmkarlıqları və qarşılıqlı təfəkkürlərilə bu məsələyə kömək edə bilərlər.

Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan ilə telefon söhbətində bu ölkənin xalqı və dövlətini səadətli qurban bayramı münasibətilə təbrik edib.

O, bildirib ki, xoşbəxtlikdən, bu gün bütün ikitərəfli əlaqələr sahəsində, o sıradan iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə iki qonşu ölkə arasında intensiv və yaxşı əlaqələr bərqərardır.

İkitərəfli əlaqələrin dərinləşdirilməsi və inkişafı, həmçinin gələcəkdə bu həmkarlıqların davam etdirilməsi zərurətinə təkid edən Ruhani bildirib ki, İran və Türkiyə müxtəlif beynəxalq və regional məsələlərdə, həmçinin İslam Dünyasına aid olan məsələlərdə əməkdaşlıqcasına və məsuliyyətli münasibətə malikdirlər ki, bu vəziyyət region problemlərinin dialoq və müzakirə yolu ilə həllinə kömək edib.

Türkiyə prezidenti də bu söhbətdə qarşılıqlı olaraq, İranın xalqı və dövlətini səadətli qurban bayramı münasibətilə təbrik edib.

İki ölkə əlaqələrini səmimi və inkişafda olan əlaqələr adlandıran və bu əlaqələrin gələcəkdə davam etdirilməsi vacibliyini vurğulayan Rəcəb Tayyıb Ərdoğan deyib ki, Türkiyə və İran mühüm beynəlxalq və regional məsələlər barədə ortaq mövqelər və əməkdaşlığa malikdirlər.

Ötən səkkiz ildə iki ölkə həmkarlıqları və strateji əlaqələrinin inkişafı üçün İran prezidentinin göstərdiyi səyləri və atdığı addımları yüksək dəyərləndirən Ərdoğan bu əməkdaşlıqların və inkişaf etməkdə olan münasibətlər prosesinin gələcəkdə davam etdirilməsini vurğulayıb.

Türkiyə prezidenti həmçinin regionun xas şəraitinə və İranın mühüm regional məsələlərin həllinə yardım istiqatmətindəki mühüm roluna toxunub.

O, Əfqanıstan, İraq və Suriya böhranları daxil olmaqla böhranların həlli üçün bölgə ölkələrinin əməkdaşlıq etmələrinin zərurətinə də təkid edib.

 

Teqlər