Sen 15, 2021 22:58 Asia/Baku
  • Təbrizdə veteran mərsiyəçilər və Hüseyn(ə) xadimləri iclası keçirilir

İran İslam Respublikasının Təbriz şəhərində veteran mərsiyəçi məddahları təltif etmək üçün 180 yerli və 20 xarici mərsiyəçinin iştirakı ilə beynəlxalq tədbir keçirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Göy Məscidin ərazisində səhiyyə protokollarına riayət edərək keçirilən tədbirdə Azərbaycan Respublikası, Hindistan, Pakistan, Almaniya, İraq, Türkiyə, Qana, Argentina və Kenyadan qonaqlar təşrif buyurub.

Üçgünlük iclasda Əhli-Beyt(ə) şairləri və məddahlar Peyğəmbərimizin ailəsi və Aşura hadisəsinin vəsfində ifaçılıq edirlər.

Aşura rituallarını yaşatmaq, veteran mərsiyəçiləri tanıtmaq və dini turizm potensiallarını gücləndirmək bu tədbirin hədəfləri sırasındadır.

Teqlər