Okt 12, 2021 21:06 Asia/Baku
  • Qunduz
    Qunduz

İranın Əfqanıstanın Qunduz əyalətində baş verən terror aktından zərər çəkənlər üçün göndərdiyi humanitar yardımlar üzrə iri yük boşaldılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Kabildəki səfirliyi bildirib ki, Qunduzda şiələrin məscidinə qarşı terror hadisəsində şəhid olanların ailələri və yaralılar üçün nəzərdə tutulan bu yük dərman, tibbi ləvazimat və humanitar yardımlara şamil olur.

Qunduz əyalətinin Seyidabad rayonunda yerləşən şiələrin came məscidi cümə günü terror hücumuna məruz qaldı. Nəticədə namazqılanlardan yüz nəfərdən çox insan şəhid oldu, 200 nəfər isə yaralandı.

İŞİD terror qrupu bu hücumun məsuliyyətini öz üzərinə götürüb.

İranın humanitar yardımlardan ibarət və əlli ton çəkisində olan beşinci yükü də ötən həftə Kabilə çatdı.

Bu yük Əfqanıstan xalqının ehtiyac duyduğu mallara, o sıradan adyal, dərman və qida maddələrinə şamil olur.

 

Teqlər