Okt 14, 2021 13:22 Asia/Baku
  • İki iranlı sürücü barədə məşvərətlər davam edir

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Azərbaycan Respublikasında həbs olunmuş iki iranlı sürücünün azad edilməsi xəbərini təsdiq etməyib və bildirib ki, bu iki nəfər barədə məşvərətlər davam edir.

Səid Xətibzadə Azərbaycan Respublikasında həbs olunmuş iki iranlı sürücünün azad edilməsi xəbərinin yayılmasının ardınca bildirib ki, bu iki nəfər məhkumluq dövrünün davam etməsi üçün İrana köçürülmüş məhbusdur.

İran Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsinin qeyd etdiyinə görə, biri sürücü olmaqla məhkumluq dövrlərinin davam etməsi üçün İrana köçürülən bu iki məhbusun həbsdə olan iki digər sürücü ilə əlaqəsi yoxdur.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan çərşənbə axşamı günü Azərbaycan Respublikasının xarici işlər naziri ilə telefon söhbətində yük maşınlarının gediş-gəliş probleminin aradan qaldırılmasına təkidlə deyib ki, iki ölkə qarşılıqlı münasibətlərdə anlaşılmazlığa mane olmalıdır və onların sürətlə öz əlaqələrini düzgün və inkişafda olan istiqamətdə davam etdirmələri məqsədəuyğun olardı.

Ceyhun Bayramov da təklif edibdir ki, İranın ticarət mallarının tranzit problemlərinin həlli üçün Iki ölkənin gömrük başçıları danışıqlar aparsınlar. O, həmçinin iki iranlı yük maşını sürücüsünün azad edilməsinin izlənilməsinə təkid edib.

İKİ İRANLI SÜRÜCÜ HAQDA MƏŞVƏRƏTLƏR DAVAM EDİR