Okt 14, 2021 21:27 Asia/Baku
  • İranın futbol millisi
    İranın futbol millisi

İranın yığma futbol komandası FİFA-nın reytinqində bir pillə yüksəlib.

SəhərAzəri-nin məlumatına əsasən, İran millisi hazırda dünyada 21-ci, Asiyada isə birincidir.

İranın yığma futbol komandası dünyanın ən üstün 20 komandası arasında iştirakın bir addımlığında durur.

Beynəlxalq Futbol Federasiyası- FİFA gələn həftə dünyanın milli komandalarının yeni sırasını elan edəcək.

«Football-Ranking» saytı dünya üzrə milli komandaların yerlərini proqnoz etməyə üz tutub və bu əsasda İranın milli futbol komandası 1545 xalla Asiya üzrə birinci pillədə durub.

Asiya qitəsində Yaponiya, Avstraliya, Cənubi Koreya və Qətər müvafiq olaraq, ikincidən beşinciyədək olan sıralarda durublar.

Dünya üzrə isə Belçika millisi cədvələ başçılıq etməkdə davam edir.

 

Teqlər