Noy 21, 2021 12:04 Asia/Baku
  •  Hüseyn Əmir-Abdullahiyan
    Hüseyn Əmir-Abdullahiyan

İranın xarici işlər naziri vurğulayıb ki, Fələstin xalqının hüquqları reallıqların tərsinə göstərilməsilə tapdalana bilməz.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan öz şəxsi instaqram səhifəsində yazıb ki, İngiltərənin Həmas xalq müqavimət hərəkatını terrorçu adlandırmaq üzrə hərəkəti pislənilir.

İranın diplomatiya aparatının başçısı vurğulayıb ki, Fələstinin siyasi həll yolu müsəlman, yəhudi və xristianlar daxil olmaqla Fələstinin əsl sakinlərinin iştirakı ilə referendumun keçirilməsindədir.

İngiltərə hökuməti özünün anti-Fələstin və sionist rejimə dəstək siyasətinin davamında Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ı terrorçu təşkilat elan edib.

Həmas İngiltərənin bu hərəkətinə cavabda bir bəyanat yayıb. Bildirib ki, İngiltərə bu işlərin yerinə, özünün sionist rejimin yaradılmasındakı rolundan xəcalət çəkməlidir.

 

Teqlər