Noy 23, 2021 13:38 Asia/Baku
  •  narkomaddə
    narkomaddə

İranın nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı qaçaqmalçıların uğursuzluğundan və Sistan və Bəluçestan vilayətinin sərhədçiləri tərəfindən bir ton 350 kiloqram narkotik maddənin aşkar edilməsindən xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı pasdar Əhməd Əli Qudərzi bildirib ki, İranın Səravan sərhəd alayının sərhədçiləri «İsfəndək» sərhəd bölgəsində kəşfiyyat əməliyyatları həyata keçirməklə peşəkar qaçaqmalçılıq dəstəsinin fəaliyyətlərindən xəbərdar olublar. Dəqiq əməliyyat proqramını işləyib hazırlayan sərhədçilərimiz nəzarət tədbirlərinin gücləndirilməsini gündəmdə qərar veriblər.

General Qudərzi deyib ki, İranın Sistan və Bəluçestan vilayətinin sərhəd qüvvələrinin kəşfiyyat dəstəyi və əməliyyat istiqamətləndirməsilə qaçaqmalçıların gizləndikləri məkan müəyyən edilib və Səravan sərhəd alayının sərhədçiləri əməliyyat qrupu göndərməklə nəzərdə tutulan bölgəni öz nəzarətlərinə alıblar. Onlar təhlükəsizlik mülahizələrinə tam şəkildə riayət etməklə narkotik maddə yükünü üzə çıxara biliblər.

General Qudərzi qeyd edib ki, Səravan sərhəd alayının fədakar sərhədçiləri bu əməliyyatda bir ədəd avtomobil və bir ədəd motosikleti dayandırmaqla bir ton 350 kiloqram tiryək aşkar edə biliblər.

 

Teqlər