Noy 23, 2021 16:09 Asia/Baku
  • Qrossi İran AET rəisi ilə görüşüb
    Qrossi İran AET rəisi ilə görüşüb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın Atom Enerjisi Təşkilatının rəisi ilə görüşüb, məşvərət edibdir.

SəhərAzəri-nin məlumatına əsasən,Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün İranla son razılaşmaların icrasının davamında İranın Atom Enerjisi Təşkilatının rəisi Məhəmməd İslami ilə görüşüb.

Qrossi dünən gecə Tehrana daxil olub.

MAQATE-nin baş direktoru İranın Atom Enerjisi Təşkilatının rəisi ilə müzakirədən sonra İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşməlidir.

Bu, Rafael Qrossinin İranın 13-cü dövlətinin işə başlamasından sonra Tehrana olan ikinci səfəridir.