Yan 15, 2022 13:26 Asia/Baku
  • Təxti Rəvançi:

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi ABŞ-ın zalımcasına sanksiyalarına toxunaraq, deyib: "İran beynəlxalq quruma üzvlük haqqını vaxtında ödəməyə həmişə sadiq olub".

SəhərAzəri-nin məlumatına əsasən, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxti Rəvançi deyib: "İran həmişə BMT-yə üzvlük haqqını  vaxtında ödəməyə sadiq olub, lakin təəssüf ki, ədalətsiz anti-İran sanksiyaları səbəbindən artıq ikinci ildir ki, bunu edə bilmir və görürük ki, bu sanksiyalar ölkə üçün hətta humanitar, tibbi ləvazimat və dərman təminatı və s. sahələrdə ciddi problemlər yaradıb.

Səfir, İranın haqlarını vaxtında ödəmək üçün maliyyə resurslarının mövcud olduğunu, lakin ABŞ sanksiyalarının onlara çıxışı və daşınmasını çətinləşdirdiyini bildirib.

Taxt Rəvançi deyib ki, İran artıq BMT rəsmiləri ilə məsələni müzakirə edir və problemin ən qısa zamanda həll olunacağına ümid edir.

Teqlər