İyun 20, 2022 13:32 Asia/Baku
  • Anar Kərimov İmam Xomeyninin(r.ə) məzarını ziyarət edib +FOTO

Azərbaycan Respublikası mədəniyyət naziri İran İslam Respublikasına səfərinə İmam Xomeyninin(r.ə) məzarını ziyarət etməklə start verib

SəhərAzəri-nin İslami Mədəniyyət və Əlaqələr Təşkilatının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası mədəniyyət naziri Anar Kərimov bu gün səhər Tehrana daxil olduqdan sonra İmam Xomeyninin(r.ə) yüksək mövqeyinə hörmət əlaməti olaraq o həzrətin məzarını ziyarət edib.

Azərbaycanlı nazirin İmam Xomeyninin(r.ə) məzar abidə kompleksinə ziyarəti zamanı Azərbaycan Respublikasının İrandakı səfiri, İranın Azərbaycan Respublikasındakı mədəniyyət ataşşesi, İranın islami mədəniyyət və əlaqələr təşkilatının sədri onu müşayiət ediblər.

Teqlər