Avq 05, 2022 17:33 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə İmam Hüseynə (ə) əzadarlıq mərasimi keçirilib

Həzrət Əba Əbdillah Əl-Hüseyn əleyhissalamın əzadarlıq mərasiminin ilk gecəsi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə.) adına hüseyniyyədə keçirilib.

Mərasimdə çıxış edən höccətülislam vəlmüslimin Seddiqi bəndəliyi Allahın insanda təzahür etməsinə lazım olan bir məsələ adlandırıb. Bildirib ki, dini hakimiyyət bəndəliyin genişlənməsi və tövhidi cəmiyyətin formalaşması üçün bir zərurətdir.

O, sonra deyib: Bəndəlik ruhunun yetişdirilməsində, bəşəriyyətin müxtəlif çirklənmələrdən xilas və ona yardım edilməsində Hüseyni cazibəsinin rolunun tayı-bərabəri yoxdur.

Mərasimdə müsibəti zikr edən Hüseyni məddah və zakirləri təvəssül duası qiraət edib, mərsiyə və növhə oxuyublar.

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Hüseyn əleyhissalamın şəhadət günləri ilə əlaqədar əzadarlıq mərasimi 1444-cü hicri qəməri ili məhərrəm ayının yeddinci gecəsindən on ikinci gecəsinədək- altı gecə müddətinə Tehranda yerləşən İmam Xomeyni (r.ə.) hüseyniyyəsində keçiriləcək.

Teqlər