Mart 18, 2023 21:40 Asia/Baku
  • 2023 dəniz təhlükəsizlik kəməri birgə təlimində mərkəzləşdirilmiş koordinasiya xətti var idi
    2023 dəniz təhlükəsizlik kəməri birgə təlimində mərkəzləşdirilmiş koordinasiya xətti var idi

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı 2023-cü il dəniz təhlükəsizlik kəməri birgə təlimində iştirak edən birliklər arasında çox yaxşı koordinasiya olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, “Admiral Şəhram İrani” bu gün (şənbə) 2023-cü il İran-Çin-Rusiya dəniz kəməri təliminin sonunda deyib ki: Təlimdə İran İslam Respublikasının dəniz donanmasının, İslam İnqilabı Keşikçiləri Korpusu və həmçinin Çin və Rusiya ordularının donanmalarının tərkibi, sayı və təchizat baxımından bir çox birlikləri iştirak etdi.

“İranlı  admiral sözünün ardında bildirib ki: Hər üç ölkənin donanması dənizdə ortaq bir dillə tam yetkinliyə çata bildi və ünsiyyət baxımından təlim prosesində heç bir problem yaşanmadı.

Ordu Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb: Bu gün İran, Çin və Rusiya güclü dəniz ölkələri kimi bərabərlik və qarşılıqlı hörmət prinsipi şəklində əməliyyat səhnəsinə çıxdılar və bu təlimi keçirməklə bölgəyə, həm də dünyaya və qlobal ticarətin dəniz təhlükəsizliyini tam təmin edə bildilər. .