May 21, 2023 16:16 Asia/Baku
  • Aliməqamlı Rəhbər 86-cı ordu flotiliyasının igidlərini təbrik edib

İslam İnqilabının Aliməqamlı Rəhbəri ordunun 86-cı dəniz donanmasının igidlərini böyük dəniz missiyasını başa vuraraq uğurla ölkəyə qayıtmaları münasibətilə təbrik edib.

SəhərAzəri-nin məlumatına görə, Həzrət Ayətullahül-üzma Xamenei bir mesajda ordunun 86-cı dəniz donanmasının igidlərini böyük dəniz missiyasından uğurla ölkəyə qayıtmaları münasibətilə təbrik edib.

 

Təbrik məüraciətində deyilir:

 "Allahın adı ilə

 İran İslam Respublikası Ordusunun 86-cı Hərbi Dəniz Qrupunun qəhrəman igidlərini böyük və uğurlu dənizçilik missiyasına başa vurduqlarına görə təbrik edirəm.

 Əzizlərim! Evə xoş gəldiniz, Sizə uğurlar"

Seyid Əli Xamenei

Xatırladaq ki, tamamilə İran esminesi olan “Dena” və “Məkran” dəniz donanmasından ibarət ordunun 86-cı dəniz flotiliyası dünya ətrafında 360 dərəcə dövrə vurmaq məqsədi ilə 65 min kilometrdən çox dəniz yolunu 8 ay ərzində keçdikdən sonra, indi Bəndər Abbas limanına çatıb.

Bəndər Abbasdan dünya miqyasında bir missiyaya göndərildikdən sonra bu flotiliya əvvəlcə Hindistanın Mumbay limanına lövbər saldı, sonra Bənqal körfəzi və Malaqa Boğazından keçərək İndoneziyanın paytaxtı Cakartada dayandı.

Bu dayanacaqdan sonra flotiliya Yava dənizinə doğru marşrutunu davam etdirərək, Makasar boğazı və Selebes dənizindən keçərək, İranın hərbi dənizçilik tarixində ilk dəfə olaraq, Sakit Okeana doğru istiqamət aldı və Sakit Okeanın ən böyük enini keçərək Mikroneziya və Polineziya adalarının yanından keçib Amerika qitəsinin cənubunda Magellan boğazına doğru hərəkət etdi və bu boğazı keçərək Cənubi Atlantik okeanına daxil oldu və sonra şimal istiqamətində Çili, Argentina, Uruqvay və Braziliya sahillərini keçərək, nəhayət, Braziliyanın Rio-de-Janeyro limanına lövbər saldı. Bu yanalma mərasiminin İran və Braziliya arasında əlaqələrin qurulmasının 120-ci ildönümünə təsadüf etdiyi bildirilir.

İran İslam Respublikası Ordusunun 86-cı dəniz donanması Rio-de-Janeyroda bir neçə gün dayandıqdan sonra Cənubi Afrika Respublikasının Keyptaun şəhərində lövbər saldı.

Səlalə 86-cı donanmanın İrana çatmazdan əvvəl son dayanacağı olub və İran gəmiləri Səlalə limanından ayrıldıqdan sonra ölkəmizə doğru hərəkət edərək nəhayət, mayın 17-si çərşənbə günü günorta saatlarında ölkəmizin ərazi sularına daxil olublar.

Ordu Hərbi Dəniz Qüvvələrinin 86-cı Donanması İran üçün tarixi uğura imza ataraq 8 aylıq dəniz səfərindən sonra dünən Bəndər Abbas limanına çatıb.

 

Teqlər