Noy 04, 2015 21:55 Asia/Baku

Ə. DAVUDOĞLU TÜRKİYƏ PARLAMENT SEÇKİLƏRİ BARƏDƏ DANIŞIB

Verilişin müddəti : 00:01:00
Tarix : 2015/11/04




Davudoğlu Türkiyə üçün yeni konstitusiyanın hazırlanmasını zəruri adlandırdı

Əhməd Davudoğlu bu istəyi hakim Ədalət və İnkişaf Partiyasının dünən keçirilən növbədənkənar seçkilərdə qələbə çalmasının ardınca irəli sürüb.
Röyters-in Ankaradan verdiyi məlumata görə, Davudoğlu Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında minlərlə tərəfdarı qarşısında çıxışı zamanı deyib: Atəşfəşanlığın göy üzünü işıqlandırdığı bir zamanda parlamentə daxil olan bütün partiyaları yeni milli-mədəni qanunun hazırlanmasına dəvət edirəm.
O, daha sonra deyib: Hamımız birlikdə qarşıdurma və çəkişmələr olmayan, hamının dostluq və sülh içində yaşama malik olan bir Türkiyə üçün çalışması lazımdır.
Ədalət və İnkişaf Partiyası parlament seçkilərində səslərin 49%-in əldə edərək, parlamentin 550 yerindən 315-ni özünə aid edib.
Bununla da Ədalət və İnkişaf Partiyası təklikdə hökumət qura bilər. Amma, konstitusiyaya dəyişikliyin edilməsi üçün yenə də digər partiyaların dəstəyinə ehtiyaclıdır.
Türkiyənin hazırkı qanunlarına əsasən konstitusiyaya dəyişikliyin edilməsi üçün ən azı 367 lehinə səs lazımdır. Referendumun keçirilməsi üçün isə ən azı 330 millət vəkilinin lehinə səs verməsi gərəkdir.






Teqlər