Türkiyədə COVID-19 infeksiyasından daha 78 nəfər ölüb
https://azeri.sahartv.ir/news/Özəl-i361246-türkiyədə_covid_19_infeksiyasından_daha_78_nəfər_ölüb
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 78 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2020 23:00 Asia/Baku
  • Türkiyədə COVID-19 infeksiyasından daha 78 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 78 nəfər ölüb.

APA-nın  yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 36 318 şübhəli koronavirus testindən keçib, onlardan 1983-nün cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3336 nəfər ölüb, 124 375 nəfər bu infeksiyaya yoluxub, 58 259 nəfəri isə müalicə olunub. Bu gün 4451 xəstə evə buraxılıb.