Apr 17, 2023 16:29 Asia/Baku

Azərbaycan parlamentinin anti-İran və anti-şiə deputatı Fazil Qəzənfəroğluna atəş açmaq ittihamını qəbul etməyə məcbur edilən şəxsin həyat yoldaşı imdad diləyir.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunaraq, Azərbaycan Milli Məclisinin anti-şiə və anti-İran deputatı Fazel Qəzənfəroğlunu güllələmək ittihamını qəbul etməyə məcbur edilən Səbuhi Vəliəddin oğlu Şirinovun həyat yoldaşı, təhlükəsizlik qüvvələrinin bu ailənin evində axtarış apararkən törətdikləri vəhşilikləri izah edərək, deyib: "Bizim evdən heç nə əldə etmədilər, sadəcə olaraq, evimin divarından asılan Həzrət Əbəlfəzlin (ə) bayrağını özləri ilə apardılar. Nə qədər israr etsəm də ki, Həzrət Əbəlfəzlin (ə) bayrağını aparmasınlar, qəbul etmədilər və mən onların söyüş və nalayiq sözlərinə cavab verəndə təhlükəsizlik xidmətinin əməkdaşı körpə uşağımın gözü qarşısında üzümə bərk şillə vurdu!

Səbuhi Şirinovun həyat yoldaşı əlavə edib: "Heç bir dəlil-sübut olmadan mənim həyat yoldaşımı həbs ediblər və ona işgəncə verərək, Fazil Qəzənfəroğluna atəş açmaq ittihamını onun boynuna qoyublar. Biz xahiş edirik ki, ona verilən ittihama obyektiv və düzgün şəkildə baxılsın. Mənim həyat yoldaşım qarışqaya belə toxunmayan bir insan olub. Necə ola bilər ki, belə bir hadisəni törətsin. Cənab İlham Əliyev prezident seçilərkən, Qurani-Kərimə əl basaraq, hər zaman bu xalqın hər bir çətin anında onun yanında olmağa and bizi hər zaman müdafiə etməyə and içmişdi. Amma biz bu gün şiə məzhəbli inanclı insanların və dindarların tutulması hadisəsinin şahidi oluruq, onlar müəyyən işgəncələrə və əsassız ittihamlara məruz qalırlar, məhbus həyatı yaşayırlar. Mən buradan İlham Əliyevə və bu işlə məşğul olan kəsslərə səslənirəm ki, mənim yoldaşımın işinə ədalətli və obyektiv baxılsın". 

Teqlər