Ailə rejiminin mediasında çaşqınlıq:
O ifadələr “Səhər”ə məxsusdur, yoxsa Cəmil Həsənliyə?
Azərbaycan Respublikası hakimiyyətinin qeyri-rəsmi mediası olan Yeni Müsavat qəzeti Azərbaycan Respublikasında şiə dindarlarının kütləvi həbsi ilə bağlı faktları açıqlamasına görə Milli Şuranın rəhbəri Cəmil Həsənlini Səhər kanalı ilə müqayisə edib!
“O ifadələr Səhərə məxsusdur, yoxsa Cəmil Həsənliyə?” başlıqlı yazıda Cəmil Həsənli kommunizmin 70 illik hakimiyyəti dövründə belə bu qədər din xadiminin həbs edilmədiyini dilə gətirdiyinə görə tənqid edilib.
Yeni Müsavat hətta Cəmil Həsənlinin Azərbaycan Respublikasında məşhur olan “üləma” ifadəsi ilə yanaşı, din xadimi kimi sözlər işlətməsini də tənqid edib.
Yeni Müsavat Cəmil Həsənlinin bu realist mövqeyinə qarşı daha çox təxribat yaratmaq üçün sual qaldırıb ki, əgər o özü 10 il əvvəl prezident seçilsəydi, guya “İran casusluq şəbəkəsi” və dindarlar Azərbaycan Respublikası xalqınından əl çəkəcəkdi?!!
Qeyd edək ki, Cəmil Həsənli dindarların kütləvi həbsinə etiraz əlaməti olaraq deyimişdir ki, “Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanda bu qədər din xadimi həbs edilməyib”.
Yeri gəlmişkən bildirək ki, Yeni Müsavat qəzeti hakimiyyətin qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərir və onun baş redaktoru Rauf Arifoğlu klan rejiminin tapşırıqlarını yerinə yetirdiyinə görə “medallı baş redaktor” ləqəbini qazanıb.
O, jurnalistika sahəsində fəaliyyətlərinə görə 2015-ci ilin 22 iyulunda Əməkdar jurnalist fəxri adı ilə mükafatlandırılmışdır. Rauf Arifoğlu həmçinin İlham Əliyevin daha bir sərəncamı ilə 2019-cu ilin 27 may tarixində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.