Apr 18, 2023 16:54 Asia/Baku

Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Respublikasında mart ayında respondentlərin 15.4%-i iqtisadi vəziyyətini “yaxşı”, 57.6%-i “orta”, 27.1%-i “pis” kimi qiymətləndirib.

Sorğular aprelin 1-dən 6-dən keçirilib, könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib, anonimlik qorunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 12 iqtisadi rayonu əhatə edib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Ölkənin iqtisadi vəziyyəti ilə bağlı 33.6%-i “yaxşı,” 48.4%-i “orta”, 14.8%-i “pis” cavabını qeyd edib. İştirakçıların 3.1%-i cavab verməkdə çətinlik çəkib.

- Nəticələrə iştirakçıların gender aspektindən yanaşdıqda, kişilərin 18.7%-i, qadınların 12.0%-i iqtisadi vəziyyətini “yaxşı”, müvafiq olaraq, 29.0%-i və 25.1%-i isə iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirib.

Ölkənin iqtisadi vəziyyətinə münasibətdə isə kişilərin 37.3%-i, qadınların 29.8%-i “yaxşı” cavabını qeyd edib, 16.1%-i və 13.6%-i ölkənin iqtisadi vəziyyətini “pis” olaraq xarakterizə edib.

- Orta yaş qrupunda olan hər üç nəfərdən biri (33.0%) aşağı və yuxarı yaş qrupları ilə müqayisədə iqtisadi vəziyyətini “pis” kimi qiymətləndirib.

 

 

 

Teqlər