İyun 11, 2015 13:27 Asia/Baku
  • İran neftinin qiyməti 5 dollar bahalaşıb
    İran neftinin qiyməti 5 dollar bahalaşıb

Neft İxrac Edən Ölkələr Təşkilatı OPEK bildirib: İran nefti may ayında 5 dollar 12 sent bahalaşaraq orta hesabla hər bir bareldə 61 dollar 38 sentə satılıb.

Səhər Beynəlxalq Televiziyasının ŞANA-ya istinadla verdiyi məlumata görə, OPEK iyun ayında verdiyi hesabatda bildirib: İranın ağır neftinin qiyməti aprel ayı ilə müqayisədə may ayında 5 dollar 12 sent bahalaşıb. İran neftinin hər bir barelinin qiyməti orta hesabla aprel ayında 56 dollar 12 sent elan olunmuşdu. İran nefti öncəki ayda olduğu kimi may ayında da OPEK-in neft səbədindəki mövcud 12 neft arasında qiymət baxımından 8-ci yeri tutub.
Həmçinin bu məlumata görə, İran neftinin hər bir barelinin qiyməti orta hesabla bu ilin 5 ayında 52 dollar 98 sent olub. 2014-cü ildə hər bir bareldə qiyməti 104 dollar 72 sent olan neft 51 dollar 70 sentə enib.

Teqlər