Noy 09, 2015 13:58 Asia/Baku
  • Əcnəbi təhlükəsizlik xidmətləri İran qarşısında təhqir oldular
    Əcnəbi təhlükəsizlik xidmətləri İran qarşısında təhqir oldular

İranın təhlükəsizlik naziri deyib: Əcnəbi təhlükəsilik xidmətləri İslam Respublikasından şəffaf məlumatları olmadığına görə, təhqir oldular.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla məlumatına görə, İranın təhlükəsizlik naziri Höccətülislam vəlmüslimin Seyid Mahmud Ələvi Neft Sənayesinin Mühafizəsi Təşkilatının yüksək səviyyəli rəsmiləri və direktorlarının illik konfransında əlavə edib: Əcnəbi təhlükəsizlik xidmətləri normal və sənaye fəaliyyətləri altında İrandan məlumatlar əldə etməyə çalışırlar.
İranın təhlükəsizlik naziri əlaqədar qurumların təhlükəsizlik xidmətləri ilə işini həssas iş adlandırıb və deyib: Əgər onların sayıqlığı olmazsa, İslam Respublikası quruluşu və İslam İnqilabına ciddi zərbə dəyəcək.
Mühafizə orqanlarının informasiya üstünlüyünü bildirən ƏLəvi söyləyib: Müxtəlif ölkələrdən nümayəndə və heyətlərin iqtisadi, elmi, xidmətlər və ticarət fəaliyyətləri məqsədilə İrana səfər etdikləri zamanda, əcnəbi təhlükəsizlik xidmətləri bundan sui-istifadə etməyə çalışırlar. Və bu adlar altında İranda iştirak etmək istəyirlər. Bu məsələ təhlükəsizlik qurumlarının işini artırır və zəruriləşdirir.

Teqlər