Noy 19, 2015 19:36 Asia/Baku
  • Avropa ilə iqtisadi əlaqələrin genişlənməsi İran hökumətinin önəmli məqsədidir
    Avropa ilə iqtisadi əlaqələrin genişlənməsi İran hökumətinin önəmli məqsədidir

İranın Almaniyadakı səfiri Avropa ilə iqtisadi əlaqələrin genişlənməsini İran İslam Respublikası hökumətinin prioritetlərindən adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın Almaniyadakı səfiri Əli Macidi cümə axşamı günü Frankfurtda "İran-Avropa Ticarət Toplantısı" adı altında keçirilən iranlı investorların iclasında deyib: İran dünya iqtisadiyyatına inteqrasiya üçün uzunmüddətli və həqiqi iqtisadi əlaqə və əməkdaşlıq və beynəlxalq istehsal, ticarət və invesstisiya şəbəkəsinə qoşulmaq ardıncadır.
İranın Almaniyadakı səfiri əlavə edib: Dünya iqtisadiyyatında yenidən iştirak üçün İranın ilk seçimi Avropa, xüsusilə də Almaniyadır. Bu məqsədə çatmağın açarı xarici investisiyadır.

Teqlər