İraq parlamentinin sədri Fələstinin sionistləşdirilməsinin nəticələri barədə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/İran-i260508-İraq_parlamentinin_sədri_fələstinin_sionistləşdirilməsinin_nəticələri_barədə_xəbərdarlıq_edib
İraq parlamentinin sədri xəbərdarlıq edib ki, Fələstinin sionistləşdirilməsi və İsrail adında bir ölkənin təşkili region və dünya ölkələrinin indisi və gələcəyi üçün son dərəcə böyük bir təhdiddir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2017 11:00 Asia/Baku
  • İraq parlamentinin sədri
    İraq parlamentinin sədri

İraq parlamentinin sədri xəbərdarlıq edib ki, Fələstinin sionistləşdirilməsi və İsrail adında bir ölkənin təşkili region və dünya ölkələrinin indisi və gələcəyi üçün son dərəcə böyük bir təhdiddir.

IRIB-nin məlumatına görə, İraq parlamentinin sədri Səlim Əlcəburi bu gün Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransında deyib: Fələstin məsələsi təkcə müsəlmanlara aid deyil, bu məsələ əslində bütün dünya xalqları üçün bir mövzudur, zira saxta sionist rejim işğalçılıqla Qüdsdə ən dəhşətli cinayətlər törədibdir.

O, söyləyib: Əgər sionist rejimə bir dövlət və ölkənin təşkili icazəsi verilərsə, şübhəsiz, bu rejim bütün dünyanı sionistləşdirmək üçün vasitəçi savaş salmaq üzrə vasitələrini işə salacaqdır.

İraq parlamentinin sədri söyləyib: Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransı göstərir ki, Fələstin məsələsi zehinlərdə yaşayır.