İnqilab Rəhbəri İsrail rejiminə qarşı çeşidli mübarizənin davam etdirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/İran-i285976-İnqilab_rəhbəri_İsrail_rejiminə_qarşı_çeşidli_mübarizənin_davam_etdirilməsini_vurğulayıblar
İslam İnqilabının Böyük Rəhbəri Livanda keçirilən 2-ci Müqavimət Alimləri seminarına ünvanlanmış müraciətdə deyiblər: Təcavüzkar sionist rejimə qarşı çeşidli mübarizənin davam etdirilməsini, bu böyük məsuliyyəti hiss edən hər bir kəsə tövsiyə edirəm".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2017 07:18 Asia/Baku
  • İnqilab Rəhbəri İsrail rejiminə qarşı çeşidli mübarizənin davam etdirilməsini vurğulayıblar

İslam İnqilabının Böyük Rəhbəri Livanda keçirilən 2-ci Müqavimət Alimləri seminarına ünvanlanmış müraciətdə deyiblər: Təcavüzkar sionist rejimə qarşı çeşidli mübarizənin davam etdirilməsini, bu böyük məsuliyyəti hiss edən hər bir kəsə tövsiyə edirəm".

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei bu müraciətdə Livanda yerləşən Ümumdünya Müqavimət Alimləri Birliyinin başçısı şeyx Mahir Həmuda xitabən deyiblər: Fələstinin böyük və unudulmaz məsuliyyəti bütün İslam Dünyasının çiyinləri üzərindədir.

İnqilab Rəhbərinin müraciətində daha sonra belə deyilir: "Heç şübhəsiz İslam ölkələrinin alimləri, ruhaniləri, siyasi elitası və dövlət rəsmiləri bu  məsuliyyətin böyük bir hissəsini çiyinlərinə götürüblər. Bu, müqəddəs və sonu xeyr olan bir mübarizədir. Allahın vədi bu mübarizədə qəti qələbədir və sizin bu günkü toplantınız bu böyük və əzəmətli hərəkətin bir parçasıdır."

Ümumdünya Müqavimət  Alimləri Konfransı noyabrın 1-i və 2-də Livanın paytaxtı Beyrut şəhərində keçirilməkdədir. İclasın mövzusu Fələstin məsələsidir. 

Şeyx Mahir Həmud bildirib: Ümumdünya Müqavimət Alimləri Birliyinin iclası "Balfur" bəyannaməsinin 100 illiyi ilə bir vaxtda keçirilir və bu iclasda məqsəd Fələstinin regionun ən mühüm məsələsi olduğunu xatırlatmaqdır. 

Livanda keçirilən Ümumdünya Müqavimət Alimləri Konfransının şüarı "Balfur vədəsi İlahi vədəyə kimi"dir. 

Balfur Bəyannaməsi 1917-ci ildə Britaniyanın o zamankı xarici işlər naziri Artur Ceyms Balfur tərəfindən Britaniya Parlamentinin aşağı palatasının üzvü, sionist siyasətçi Valter Rotşildə xitabən yazılıb. 

Balfur bəyannaməsi Londonun yəhudilər üçün Fələstin ərazisində "Milli Ev"in yaradılmasına müsbət yanaşmasından bəhs edir. Bu bəyannamə işğalçı İsrail rejiminin formalaşdırılması üzrə səylərin başlandığını elan edən bir sənəddir.