Ruhani: Avropalılar sübut etdilər ki, xərci ödəmək qüdrətinə malik deyillər
İran İslam Respublikasının prezidenti deyib: Avropalılar hələ öz vədlərinə əməl etməyiblər. Onlar sübut etdilər ki, xərci ödəmək qüdrətinə və ya təmayülünə malik deyillər.
Həsən Ruhani Nyu-York vaxtı ilə çərşənbə günü axşam bir mətbuat konfransında deyib: İran Nyu-Yorkda 4+1 qrupu ilə iclas keçirdi və bu qrupun üzvləri söz verdilər ki, nüvə anlaşmasının davamı üçün zəmanətlər verəcəklər.
Ruhani söyləyib: İran ilə avropalı tərəflər arasındakı müzakirələrdə bəzi hallarda razılıqlar əldə olundu və bəzi digər hallarda da mövzu izlənilməlidir ki, nəticə vermiş olsun. Yəni bəzi səylər yekun nəticəyə çatmadı.
İran prezidenti söyləyib: Ola bilməz ki, Avropa nüvə anlaşmasında qalmaq istəsin, amma təkcə İran xərc ödəmiş olsun. O, əlavə edib: İranın nüvə anlaşması tərəfləri ilə müzakirəsi davam edəcək, amma əgər onlar öz öhdəliklərinə əməl etməzlərsə, İranın nüvə anlaşması öhdəliklərinin azaldılması davam edəcəkdir.
İran İslam Respublikasının prezidenti bir daha söyləyib: Amerika ilə müzakirənin şərti budur ki, bütün sanksiyları götürsün və maksimum təzyiq siyasətinə son qoysun. Əgər Amerika yanlış önşərtləri götürərsə, müzakirə imkanı mövcuddur.
Ruhani Tramp hökumətinin BMT Baş Assambleyasının sessiyasında iştirak üçün vizanın verilməsilə bağlı məhdudiyyət tətbiq etməsilə bağlı sualın cavabında belə qeyd edib: İran heyətinin Amerikaya və Nyu-Yorka səfəri BMT Baş Assambleyasında iştiraka görədir və Amerikanın ölkələrin başçılarının BMT-də gediş-gəlişlərini məhdudlaşdırmaq haqqı yoxdur.
İran prezidenti həmçinin Amrikanın raket proqramı haqda İranla müzakirə barədəki istəyi ilə əlaqədar vurğulayıb: Amerika raket proqramına daxil olmasın, borclu qalmış olar. Bölgədə amerikan silahların satışı regionda müvazinətsizlik yaradıbdır.
İran prezidenti habelə ərəbistanın Aramko neft obyektlərinə hücum macərasında İranın əli olması barədəki iddia ilə bağlı belə deyib: Bütün dünya bilir ki, yəmənli qüvvələr və Yəmən ordusu həm uzaq mənzilli raketlərə, həm də pilotsuza malikdirlər. Onlar dəfələrlə ərəbistanın və əmirliklərin bölgələrinə hücum ediblər.
Ruhani qeyd edib ki, başqalarına ittiham vuranlar sənəd və faktlar təqdim etməlidirlər.
O, əlavə edib: Yəmən xalqını qırmaları üçün intensiv şəkildə ərəbistanı və əmirlikləri silahla təmin edən Amerika, Fransa, İngiltərə və Almaniyaya tövsiyə olunur ki, silah göndərməyi dayandırsınlar.