Sen 15, 2020 09:56 Asia/Baku
  • Xətibzadə: “Amerikalı militaristlər sadəlövh jurnalistlərdən vir alət kimi istifadə edirlər”

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: " ABŞ militarıstləri həmişə sadəlövh jurnalistlərdən ictimai fikri öz axmaqlıqları ilə uyğynlaşdırmaq üçün bir vasitə kimi istifadə ediblər".

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə öz Tvitter səhifəsində yazıb: "ABŞ-ın keçmiş prezidenti Corc Buş zamanı amerikalı militaristlər sadəlövh jurnalistlərdən 7 trilyon dollarlıq İraq müharibəsini xalqa satmaq üçün istifadə etdilər və indi də həmin ssenarini təkrarlamaq istəyirlər və "Politiko" vebsaytından öz yalanlarını yaymaq üçün istifadə edirlər".

Xətibzadə xatırladıb: "ABŞ mediaları siyasətçilər tərəfindən sui-istifadəyə məruz qalmamaq üçün ayıq olmalıdırlar".

Politiko vebsaytı ABŞ-ın kəşfiyyat məlumatına və bu ölkə hökumətinə yaxın rəsmilərə istinadla İranın, ABŞ-ın Cənubi Afrikadakı səfirini terror etmək niyyətində olduğunu iddia edib.

Bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü bu qərəzli və məqsədyönlü iddiaları rədd edib və ABŞ rəsmilərinə beynəlxalq arenada anti-İran atmosferi yaratmaq üçün təkrarlanan və çürük metodlardan istifadə etməməyi tövsiyə edib.

Teqlər