Ruhani: "Koronavirus və sanksiya ilə mübarizə hökumətin iki mühüm hədəfidir"
İran İslam Respublikası prezidenti koronavirus və sanksiya ilə mübarizənin hökumətin iki mühüm hədəfi olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir ki, İran İslam Respublikası prezidenti həsən Ruhani Nazirlər Kabinetinin yeni günəş ilindəki ilk iclasında deyib: "Bu dörd ay ərzində koronavirus və sanksiya ilə mübarizə iki mühüm hədəf olacaq və biz sanksiyaların aradan qaldırılması üçün hər gün çalışacağıq".
İran prezidenti, həmçinin deyib: "Əgər nüvə anlaşmasında iştirak edən bütün tərəflər qərar verib öz öhdəliklərinə əməl edərlərsə və İslam İnqilabının Böyük Rəhbərinin buyurduğu kimi aydın olsa ki, həqiqətən sanksiyalardan əl çəkiblər, İran da öz öhdəliklərinə geri dönəcək".
Ruhaninin dediyinə görə, İrana dəyən ziyanları, ölkə rəsmiləri vaxtında izləyəcəkələr".
Ruhani İslam İnqilabının Böyük Rəhbərinin istehsala təkid etməsinə toxunaraq, əlavə edib: "Mütləq istehsal məsələsini diqqət mərkəzində saxlayacağıq".
İran prezidenti, həmçinin texnologiya və innovasiya sahəsində ölkədə çox yaxşı hərəkətlərin başlandığını və elm əsaslı şirkətlərin səhiyyə sektorunda dəyişiklik yaratdığını bəyan edib.