İnqilab Rəhbərinin hüzurunda Fatimiyyə əzadarlığı mərasiminin ilk gecəsi keçirilib
https://azeri.sahartv.ir/news/İran-i384741-İnqilab_rəhbərinin_hüzurunda_fatimiyyə_əzadarlığı_mərasiminin_ilk_gecəsi_keçirilib
İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq mərasiminin ilk gecəsi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2022 10:37 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin əzadarlıq mərasiminin ilk gecəsi keçirilib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu mərasim pandemiyanın davam etməsi və səhiyyə protokollarına tam şəkildə riayət zərurəti səbəbindən, heç bir iştirakçı olmadan, yalnız bir natiq və bir mədhiyyəçinin iştirakı ilə keçirilib.

Bu mərasim yanvarın üçündən yeddisinədək şam və xıftən namazlarından sonra keçiriləcək.

Cümə axşamı, 2022-ci il yanvarın altısı, 1443-cü hicri qəməri ili cəmadiüssani ayının üçü, Böyük İslam Peyğəmbəri, Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı- Əmirəlmöminin, Əli ibn Əbi-Talib(ə)-ın həyat yoldaşı, Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.