Apr 27, 2022 10:07 Asia/Baku
  • Fələstin xalqı məzlum olmaqla yanaşı, qüdrətlidir

Fələstin xalqıını məzlum olmaqla yanaşı, qüdrətli adlandıran İslam İnqilabının Böyük Rəhbəri Fələstin məsələsinin unudulmasına yol verməyəcək fələstinli gənclərin mübarizəsi və müqavimətinə işarə ilə vurğulayıblar: Qüds günü məzlum Fələstin xalqı ilə yekdillik və həmrəylik elan etmək və onlara ruhiyyə vermək üçün münasib fürsətdir.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei dünən axşam tələbələr və tələbə birliklərinin üzvlərindən yüzlərlə nəfərlə görüşdə qarşıdan gələn Ümumdünya Qüds Gününü qabaqkı illərdəkindən fərqli adlandırıb və belə deyiblər: Fələstin xalqı və gəncləri böyük fədakarlıqlar göstərirlər. Sionist rejim isə son dərəcə rəzillik göstərib, cinayət törədir. Əlindən gələn hər bir qələti edir və Amerika ilə Avropa da onu himayə edirlər.

İslami hökumətlərin Fələstin məsələsi qarşısındakı fəaliyyətlərini kəskin tərzdə tənqid edən Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Təəssüflər olsun ki, islami hökumətlər çox pis fəaliyyət göstərirlər. Onlar hətta Fələstin məsələsi barədə danışmağa belə hazır deyillər. Onların bəziləri elə təsəvvür edirlər ki, Fələstinə yardım yolu, sionistlərlə əlaqələrin qurulmasıdır, halbuki bu, böyük bir səhvdir.

Bu böyük səhvin Misir hökuməti tərəfindən qırx il bundan qabaq buraxılması və bu hökumətin sionistlərlə əlaqə qurmasına toxunan İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Məgər Misirin sionist rejimlə münasibət qurması sionistlərin Fələstin xalqıına qarşı cinayətləri və Məscidüləqsaya qarşı hörmətsizliklərinin azalmasına səbəb oldu ki, indi bəzi islami dövlətlər Ənvər Sadatın həmin səhvini təkrar etmək istəyirlər?

«Münasibətlərin qurulmasının sionist rejim üçün də bir faydası olmayacaq»-deyən Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Ümid edirik ki, Allah-Taalanın lütfkarlığı ilə Fələstində işin sonu xoşluqla bitəcək və fələstinlilərin öz ərazilərinə və Məscidüləqsaya yiyələnmələri tezliklə həyata keçəcək.

İnqilab Rəhbəri «Əsl İslama qayıdış və irticanın rədd olunması» və «Fələstin məsələsi»ni İslam İnqilabının özəlliklərindən adlandırıb və belə deyiblər: Mahiyyət və amalın aradan götürülməsi,/ qarşısında sayıq olmalı olduğumuz iki əsas problemdir, amma hansı kəslərin mahiyyət, amal və istiqlaliyyətin götürülməsinin ardınca olmaları və buna nə qədər müvəffəq olub-olmamalarını araşdırmaq, ziyalılar və mütəxəssislərin vəzifəsidir.

Həzrət Ayətullahuluzma Xamenei bu problemlərin keçmişdəkinə nisbətən daha çox əhəmiyyətli olmasına işarə ilə söyləyiblər: Bu gün dünya yeni bir beynəlxalq tərtibat ərəfəsindədir. Bu tərtibat dünyanın ikiqütblü tərtibat dövründən və təkqütblü dünya tərtibatından sonra formalaşmaqdadır. Əlbəttə, bu dövrdə Amerika günü-gündən zəifləyibdir.

O həzrət əlavə ediblər: Son Ukrayna müharibəsi əhvalatlarına daha dərindən və yeni dünya tərtibatının formalaşması çərçivəsində nəzər salmaq lazımdır ki, ehtimal üzrə ondan sonra mürəkkəb və çətin proseslər formalaşacaqdır.

 

Teqlər