Mart 01, 2023 15:26 Asia/Baku
  • Ukrayna münaqişəsinin diplomatik yolla həlli mümkündürmü?

Böhranın tənzimlənməsi üçün İranın mövqeyi obyektivdir - TƏHLİL

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna müharibəsinin diplomatik yolla həllini hələ də mümkün sayır.

İran Xarici İşlər Nazirliyin yaydığı bəyanatda bildirilib ki, rəsmi Tehran prinsipial olaraq güc tətbiq etməyin əleyhinədir və ölkələrin ərazi bütövlüyünü və suveren hüquqlarını dəstəkləyir. Bu istiqamətdə İran İslam Respublikası müharibəni və birtərəfli sanksiyaları rədd edərək dövlətlərarası ixtilafların həlli üçün dialoq və diplomatiyaya üstünlük verir.

Məlum olduğu kimi Ukraynada müharibənin uzanmayacağı düşünülsə də, onun davam etməsi və şiddətlənməsi proqnozları alt-üst elədi, həmçinin qərblilər Ukraynaya hərbi yardımı artırmaqla bu müharibənin daha da qızışmasına bais oldular. Məsələn, ABŞ Konqresi 2022-ci ildə Ukraynaya 112 milyard dollardan çox ayırıb.

Belə görünür ki, Ukrayna Qərb tərəfindən Rusiya ilə proksi müharibəyə girib; Müharibə bu günə qədər on minlərlə əsgərin itirilməsi və bu ölkənin 14 milyon vətəndaşının didərgin düşməsi ilə nəticələnib.

Bu səbəbdən İran İslam Respublikası müharibəyə qarşı çıxmaqla yanaşı, Ukrayna böhranının kökündə ABŞ-ın siyasi və hərbi qərarları və hərəkətlərini, eləcə də Qərbin dünyada böhranları alovlandırmasını görür.

İran İslam Respublikası Ukrayna böhranı ilə bağlı fəal neytrallıq siyasətinə sadiq qaldığını dəfələrlə vurğulayıb. Əslində, İran bu böhranın tərəfi deyil və bu böhranın başlanğıcından bəri iki ölkəni ixtilafları həll etmək və müharibənin davam etməməsi üçün diplomatiya yoluna qaytarmağa çalışıb.

Əslində, İran regionda yeganə ölkədir ki, balanslı və rasional mövqe tutmaqla Rusiya və Ukrayna arasındakı fikir ayrılıqlarını həll etmək üçün dialoq və diplomatiyaya çağırır, eyni zamanda NATO-nun şərqə doğru genişlənməsi, hərbi alyansın təxribatçı hərəkətləri və bununla bağlı təhlükələr barədə xəbərdarlıq edir.

Bununla bağlı İran İslam Respublikası müharibənin və bunun nəticəsində yaranan humanitar böhranın sona çatmasına yol açan istənilən nizamlanmada iştirak etməyə hazır olduğunu bəyan edib. İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi 2023-cü ilin yanvarında rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında regional inteqrasiyanın vacibliyini vurğuladı və bir daha İranın müharibənin dayandırılması, münaqişənin nizamlanması və Ukraynada sülhün əldə edilməsi istiqamətində fəal və konstruktiv rol oynamağa hazır olduğunu bildirdi.

 

 

Teqlər