May 19, 2025 18:47 Asia/Baku
  • SEPAH-ın quru qoşunlarının xüsusi təyinatlı qüvvələri ilə Azərbaycan ordusunun xüsusi təyinatlı hərbi birliklərinin birgə hərbi təlimlərinin ikinci günü, təlimin açılış mərasimi ilə davam edib.

Birgə təlimin komandanı və SEPAH Quru Qoşunlarının əməliyyatlar üzrə komandir müavini, briqada generalı Vəli Mədəni açılış mərasiminin kənarında bu təlimin məqsədlərinə toxunaraq bildirib: “Bu təlim İran və Azərbaycan prezidentlərinin razılaşmalarına əsasən və hər iki ölkənin strateji, əməliyyat və hərbi hədəflərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilir. Ötən il bu təlimin birinci mərhələsi İran İslam Respublikasının ərazisində keçirilmişdi və bu il də həmin istiqamətdə Azərbaycan

General Mədəni, SEPAH Quru Qoşunlarının Mirzə Kuçək Xan Xüsusi Təyinatlı Briqadasının bir batalyonunun təlimdə iştirak etdiyini bildirərək əlavə edib: “SEPAH Quru Qoşunlarının xüsusi təyinatlı qüvvələri tam texniki təchizatla və yüksək səviyyədə ixtisaslaşmış bacarıqlara malikdirlər və bu təlim bölgəsinə həmin qüvvələrin və avadanlıqların bir hissəsi gətirilib.”Sonda o vurğulayıb: “Sabah bu hərbi təlim xüsusi ixtisaslaşmış məşqlərlə davam etdiriləcək.”