BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti oktyabrın 18-də başa çatmış hesab edilməlidir
https://azeri.sahartv.ir/news/İran-i421788-bmt_təhlükəsizlik_Şurasının_2231_saylı_qətnaməsinin_müddəti_oktyabrın_18_də_başa_çatmış_hesab_edilməlidir
İran xarici işlər naziri Abbas İraqçi Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə vurğulayıb ki, 2231 saylı qətnamə və İranın nüvə problemi ilə bağlı orada nəzərdə tutulan bütün məhdudiyyətlər, qərara alınan tarixdə yəni oktyabrın 18-də başa çatmış hesab edilməlidir.
(last modified 2025-09-30T07:32:40+00:00 )
Sen 30, 2025 11:30 Asia/Baku
  • BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti oktyabrın 18-də başa çatmış hesab edilməlidir

İran xarici işlər naziri Abbas İraqçi Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə vurğulayıb ki, 2231 saylı qətnamə və İranın nüvə problemi ilə bağlı orada nəzərdə tutulan bütün məhdudiyyətlər, qərara alınan tarixdə yəni oktyabrın 18-də başa çatmış hesab edilməlidir.

Seyid Abbas İraqçi bu görüşdə İranın Qərbi Asiya regionunda baş verən hadisələrlə bağlı mövqeyini, xüsusilə sionist rejimin müharibə qızışdırması və qanun pozuntularının beynəlxalq sülh və sabitliyə yaratdığı ciddi təhlükəni izah edib və Birləşmiş Millətlər Təşkilatının və onun baş katibinin bu təşkilatın prinsip və məqsədlərinin qorunmasında xüsusi məsuliyyətini vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreş də bu görüşdə, beynəlxalq problemlərin həlli üçün bütün tərəflərin diplomatiyaya sadiqliyinin vacibliyini vurğulayıb və BMT Katibliyinin bununla bağlı istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.