İran Xarici İşlər Nazirliyi ABŞ-ın və Fars Körfəzi Əməkdaşlıq Şurasının birgə bəyanatına dərhal cavab verib
https://azeri.sahartv.ir/news/İran-i422986-İran_xarici_İşlər_nazirliyi_abŞ_ın_və_fars_körfəzi_Əməkdaşlıq_Şurasının_birgə_bəyanatına_dərhal_cavab_verib
İran Xarici İşlər Nazirliyi ABŞ ilə Fars Körfəzi Əməkdaşlıq Şurasının birgə bəyanatına reaksiya verib.
(last modified 2026-06-27T07:11:54+00:00 )
İyun 26, 2026 11:10 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyi ABŞ-ın və Fars Körfəzi Əməkdaşlıq Şurasının birgə bəyanatına dərhal cavab verib

İran Xarici İşlər Nazirliyi ABŞ ilə Fars Körfəzi Əməkdaşlıq Şurasının birgə bəyanatına reaksiya verib.

Bildirib ki, regionun təhlükəsizliyi xarici müdaxilə ilə reallaşmayacaq.İran İslam Respublikasının Xarici İşlər Nazirliyi yaydığı bəyanatda, ABŞ dövlət katibinin və Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin 25 iyun 2026-cı il tarixli birgə bəyanatlarında dərc olunan mövqeləri, müdaxilə xarakterli, məsuliyyətsiz və təhrikedici mövqelər adlandırıb və regiondakı müdaxilə mahiyyətli və düşmənçilik rəftarlarının davam etməsi barədə xəbərdarlıq edib.İran Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir:

Amerikanın dırnaqarası «Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin təhlükəsizliklərinə daimi öhdəliyi» iddiası, cəfəngiyyatdan və reallığı tərsinə göstərməkdən başqa bir şey deyildir.

Hazırda hər zamandakından daha çox hamıya aşkar olubdur ki, Amerikanın region ölkələrindəki hərbi iştirakı sırf olaraq, region xalqlarının çiyinlərində bir yük, həmçinin bölgədə təfriqə və əmin-amansızlıq amilidir.Amerikanın son müharibə zamanı region ölkələrində yerləşdirilmiş bazalar və hərbi imkanlardan İran İslam Respublikasına qarşı istifadə etməsi aydın şəkildə göstərdi ki, Birləşmiş Ştatlar bölgə ölkələrinin təhlükəsizliklərinə və onların qarşılıqlı əlaqələrinə heç bir dəyər vermir- deyə, bəyanatda nəzərə çarpdırılır.İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələri bu bölgənin təhlükəsizliy ilə bağlı yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırır və bir daha vurğulayır ki, kollektiv təhlükəsizlik, yalnız bütün region ölkələrinin əməkdaşlıqları sayəsində və xarici müdaxilə olmadan, reallaşa bilər- deyə, sözügedən bəyanatda vurğulanır.