Diplomatiya bütün imkanları ilə İranın maraqlarını müdafiə edir
https://azeri.sahartv.ir/news/İran-i423738-diplomatiya_bütün_imkanları_ilə_İranın_maraqlarını_müdafiə_edir
İranın xarici işlər naziri ölkənin müdafiəsində xalqın əsas rolunu vurğulayaraq, bildirib ki, diplomatiya aparatı İranın müstəqilliyini və milli maraqlarını qorumaq üçün bütün imkanlarından istifadə edəcək.
(last modified 2026-10-26T12:55:05+00:00 )
Okt 26, 2026 16:52 Asia/Baku
  •  Diplomatiya bütün imkanları ilə İranın maraqlarını müdafiə edir

İranın xarici işlər naziri ölkənin müdafiəsində xalqın əsas rolunu vurğulayaraq, bildirib ki, diplomatiya aparatı İranın müstəqilliyini və milli maraqlarını qorumaq üçün bütün imkanlarından istifadə edəcək.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “Passiv Müdafiə” Həftəsi münasibətilə yaydığı müraciətdə milli həmrəyliyin və silahlı qüvvələrlə xarici siyasət aparatının koordinasiyasının düşmənin son iki təcavüzü qarşısında İranın sabitliyi və qələbəsində həlledici rol oynadığını qeyd edib. Əraqçi İnqilabın Şəhid Rəhbərinin xatirəsini ehtiramla yad edərək, vurğulayıb ki, onun göstərişləri əsasında təməli qoyulan passiv müdafiə xalqın iştirakı və hakimiyyətin müxtəlif qurumlarının səyləri ilə düşmənlərin planlarının zərərsizləşdirilməsində və ölkənin son iki müharibədə müqavimət göstərməsində mühüm rol oynayıb.O əlavə edib: “İranın qələbə ilə nəticələnən müqaviməti bütün hərbi və qeyri-hərbi imkanların səfərbər edilməsinin, xalqın müqavimət meydanlarında geniş iştirakının, eləcə də silahlı qüvvələrlə diplomatik qurumlar arasında sıx əməkdaşlığın nəticəsidir”.İran xarici işlər naziri builki “Passiv Müdafiə Həftəsi”nin “xalq əsaslı müdafiə, dayanıqlı İran” şüarına toxunaraq bildirib ki, İran Xarici İşlər Nazirliyi Ali Rəhbərin göstərişləri çərçivəsində ölkəni müdafiə etmək, müstəqilliyi qorumaq və milli maraqları təmin etmək üçün bütün siyasi, hüquqi və diplomatik imkanlardan istifadə edəcək və bu yolda heç bir səydən çəkinməyəcək. Əraqçi sonda İslam İnqilabının şəhidlərinin xatirəsini yad edib və Passiv Müdafiə Həftəsi münasibətilə bu sahənin məsul şəxslərini və əməkdaşlarını təbrik edib.