Sen 28, 2016 20:05 Asia/Baku
  • Allah Şükür Paşazadə
    Allah Şükür Paşazadə

Azərbaycan Respublikası mediaları dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allah Şükür Paşazadə tərəfindən ölkədə dini telekanalın açılması təklifinin irəli surulməsindən xəbər veriblər.

Trend bildirir ki, Allah Şükür Paşazadə məhərrəm ayı ərəfəsində dünən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının da iştirak etdiyi iclasda ölkədə dini telekanalın açılması təklifini irəli sürüb. 

QMİ sədri həmçinin media işçilərinə də dini təlimlərin verilməsinin vacibliyini vurğulayıb və deyib ki, Azərbaycan prezidenti İlahm Əliyevlə də bu mövzunu danışıb. 

Paşazadə dini telekanalın Azərbaycan Respublikasında açılmasının müsbət nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu deyib. 

Azərbaycan Respublikasında əhalinin 80 faizi müsəlmandır. Buna baxmayaraq bu ölkədə indiyədək dini telekanal mövcud olmamışdır. 

Teqlər