Yan 10, 2019 00:07 Asia/Baku
  • Azərbaycan İslam Partiyası sədrinin həbs edilməsindən 8 il ötür

Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun həbs edilməsindən 8 il ötür.

Hacı Mövsüm Səmədov 7 yanvar 2011-ci ildə İslam Partiyasının sədr müavini Vaqif Abdullayev ilə birlikdə partiyanın ofisindən çıxarkən həbs edilmişdi. 

Məhkəmə tərəfindən barəsində 12 il həbs qərarı çıxarıldı. 

Hacı Mövsüm Səmədov 2007-ci ildə Azərbaycan İslam Partiyasının sədri seçilmişdi. 

O, 2 yanvar 2011-ci il tarixində İslam Partiyasının ümumi iclasında hicab qadağası, korrupsiya və rüşvətxorluq əleyhinə kəskin çıxış etmişdi.