Sen 09, 2019 15:05 Asia/Baku
  • Azərbaycan R. məscidlərində “Ya, Əbəlfəzl” ləbbeyki göylərə ucaldı
    Azərbaycan R. məscidlərində “Ya, Əbəlfəzl” ləbbeyki göylərə ucaldı

Hüseyn Tasuası gecəsində Azərbaycan Respublikasının məscidləri və dini məkanlarında “Ya, Hüseyn!” və “Ya, Əbəlfəzl” ləbbeyklərinin sədası göylərə ucalıb.

Hüseyn Tasuası gecəsində Azərbaycan Respublikası xalqının Kərbəla düzünün ələmdarı üçün əzadarlıq etməsi başqa bir əhval-ruhiyyəyə malik olubdur.

“Ya, Əbəlfəzl” sədası göz yaşlarını axıtdı və əzadarlar Kərbəla pəhləvanı, Qəməri Bəni Haşim- Həzrət Əbəlfəzl(ə)-ın rəşadətinin xatirəsinə növhə oxudular, “Ləbbeyk, ya, Hüseyn!” və “Ləbbeyk, ya, Əbəlfəzl” dedilər. Xalqın müxtəlif təbəqələri, qoca, cavan, qadın və kişi- hamı bir nəfər kimi gəlmişdi ki, İmam Hüseyn(ə)-ın həmişəyaşar mədəniyyətinin yüksək amalları ilə beyətini təzələmiş olsun.