Sen 10, 2019 19:55 Asia/Baku
  • Azərbaycan R. xalqı Hüseyn Aşurasında əzadarlıq edib

Hüseyn Aşurası mərasimi bu gün Azərbaycan Respublikasının paytaxtı Bakıda yaşayan iranlıların hüseyniyyəsində iranlıların və bu şəhər müsəlmanlarının geniş iştirakı ilə keçirilib.

Bakı sakinlərindən minlərlə nəfər də bu şəhərin məscidləri və digər məkanlarında Hüseyn Aşurasının əzadarlıq mərasimində iştirak edərək, sinə vurub, növhə oxuyubdur.

Hüseyn Aşurası mərasimi bu gün Azərbaycan Respublikasının sair şəhər və rayonlarındakı məscidlər və digər məkanlarda paklıq Əhli-Beyti(ə) aşiqlərinin və müsəlmanların şövqlü iştirakı ilə keçirilib.

Qafqaz Müsəlmanları İdarəsi cari ildə də Bakıda və Azərbaycan Respublikasının sair şəhərlərindəki məscidlər və dini məkanlarda talasemiya xəstəliyi olan uşaqlara qan hədiyyəsi kampaniyası keçirib. Kampaniyaya bu ölkənin səhiyyə nazirliyinin nümayəndələri nəzarət ediblər.

Bu gün, 2019-cu il sentyabrın onu və 1441-ci hicri qəməri ili məhərrəm ayının onu, Hüseyn Aşurası günüdür.

Məhərrəmin onu, dünya şiələrinin üçüncü imamı, Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ildönümü günüdür. O həzrət 61-ci hicri qəməri ili məhərrəmin onunda 57 yaşında Kərbəlada şəhid olubdur.

Teqlər