Noy 08, 2019 09:20 Asia/Baku
  • Narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə Tehran-Bakı həmkarlığı nəzərdən keçirilib
    Narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə Tehran-Bakı həmkarlığı nəzərdən keçirilib

İranın Bakıdakı səfiri Cəvad Cəhangirzadənin Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov ilə görüşündə iki ölkənin narkotik qaçaqmalçılığı ilə mübarizə üzrə əməkdaşlıqları nəzərdən keçirilib.

Eyvazov bu görüşdə narkotik qaçaqmalçılığı xüsusiyyət təşkil etməklə transmilli mütəşəkkil cinayətlərin müxtəlif formaları ilə mübarizənin vəziyyətinə işarə edərək, deyib: İki ölkə bu sahədə həmkarlıq üçün böyük imkanlara malikdir.

O, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətlərlə mübarizə üzrə birgə səylər, yeni cəhətlərin müəyyənləşməsi, həmçinin təcrübə və informasiya mübadiləsinin önəminə təkid edib.

Bu görüşdə həmçinin vurğulanıb ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının daxili işlər nazirlikləri cinayətlərlə mübarizə üçün lazımi imkanlara malikdirlər və qarşılıqlı əlaqələrin genişlənməsi iki ölkə xalqlarının maraqlarına əsasən, bölgədə sülh və sabitliyin bərqərarına yardım edəcək.

İranın Bakıdakı səfiri də İran İslam Respublikası və Azərbaycan Respublikasının müxtəlif orqanlarının münasibətlər səviyyəsindən məmnunluq ifadə edibdir.