Noy 14, 2019 14:04 Asia/Baku
  • Prezident Əliyev: Xalq Cəbhəsinin hakimiyyəti qara ləkəsidir
    Prezident Əliyev: Xalq Cəbhəsinin hakimiyyəti qara ləkəsidir

Azərbaycan Respublikası prezidenti İlham Əliyev dünya dini liderlərinin II Bakı Sammitində çıxışında deyib: "Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir"

APA-nın məlumatına görə, İlham Əliyev vurğulayıb ki,  ölkəsi 1991-ci ildə dövlət müstəqilliyinə nail olub, ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı.

Onun sözlərinə görə, 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı: “Azərbaycan dərin böhrana düçar oldu. xaos, anarxiya, özbaşınalıq bürüdü. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tarixi rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi.” Azərbaycanın hazırkı dövlət başçısı belə deyib.