Dek 06, 2019 09:02 Asia/Baku
  • Naxçıvan EA-nın İranın elmi mərkəzlərilə həmkarlığı araşdırılıb
    Naxçıvan EA-nın İranın elmi mərkəzlərilə həmkarlığı araşdırılıb

İran İslam Respublikasının Naxçıvandakı baş konsulunun Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Naxçıvan filialının sədri ilə görüşündə bu mərkəzin İranın elmi-tədqiqat mərkəzlərilə əməkdaşlıqları araşdırılıb.

Naxçıvanın tarixi-mədəni önəminə işarə edən professor İsmayıl Hacıyev muxtar respublikanın elmlər akademiyasının kitab çapı, ensiklopediyanın işlənib hazırlanması, qədim əlyazmalarının və əsərlərin tərcümə olunması və saxlanılması sahəsindəki fəaliyyətlərindən danışıb. O, zəngin mədəniyyət və sivilizasiyaya malik olan bir ölkə kimi İranın müxtəlif mərkəzlərilə dostcasına münasibətlərin və yaxın əməkdaşlıqların mövcud olduğunu qeyd edib.

Hacıyev Naxçıvanın və Azərbaycan Respublikasının İran İslam Respublikası ilə çox sayda ortaqlıqlarını sadalayıb. Qonşuluğu, münasibətlərdə mühüm amil adlandıran Hacıyev Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmilərinin bu ölkə ərazisindən heç bir qonşuya qarşı istifadə edilməyəcəyinə dair mövqelərinə də təkid edib.

İranın baş konsulu Seyyed Əhməd Hoseyni də İran İslam Respublikasının qonşularla dostcasına və qardaşcasına münasibətlərə malik olmağa dair xarici siyasətinin prinsip və əsaslarını vurğulayıb. Elm, mədəniyyət və tədqiqat sahələrini İranın Naxçıvan Muxtar Respublikası ilə dostluq və əməkdaşlıq sahələrindən adlandırıb.