Dek 07, 2019 20:19 Asia/Baku
  • MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib
    MSK Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Təqvim Planını təsdiqləyib

Azərbaycan Republikası Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib.

APA-nın məlumatına görə, Təqvim Planına əsasən, dairə seçki komissiyası müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını qəbul edəcək. Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq dairə seçki komissiyası tərəfindən namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri veriləcək.

Müsavat və Ümid Partiyaları gələn il 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində iştiraka qərar veriblər.