Dek 15, 2019 09:14 Asia/Baku
  • Azərbaycan seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
    Azərbaycan seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib

Azərbaycan Respublikası seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib bunu Mərkəzi Seçki Komissiyasının (MSK)  keçirilən iclasında çıxış edən MSK sədri Məzahir Pənahov deyib.

 

Onun sözlərinə görə Azərbaycanda gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 268 nəfər müraciət edib.

 

  O bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “29 nəfərə isə imza vərəqələri verilib”.

 

Məzahir pənahov həmçinin qeyd edib ki, Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb

 Azərbaycan  Mərkəzi Seçki Komissiyasının   keçirilən iclasında növbədənkənar parlament seçkilərində iştirak etmək üçün müraciət edən 6 siyasi partiyanın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsinə baxılıb.