May 14, 2020 23:38 Asia/Baku
  • ABŞ Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb

ABŞ prezidenti Donald Tramp Azərbaycan Respublikası prezidenti İlham Əliyevə məktub göndərib.

SaharAzeri APA-ya  istinadla xəbər verir ki, 14 mayda yayılan 28 may Azərbaycanda respublika günü münasibəti ilə göndərilmiş məktubda Azərbaycan Respublikası prezidenti təbrik edilib.

Məktubda Azərbaycan ilə ABŞ arasında 30 illik təhlükəsizlik əməkdaşlıqları eləcə də Avropanın enerji marşrutlar və mənbələrinin şaxələndirilməsi sahəsindəki işbirliyi vurğulanıb, eyni zamanda ABŞ-ın Azərbaycan Respublikasında hüquq və azadlıqların qorunması istiqamətində addımların atılmasına həvəsləndirdiyi bildirilib. 

Məktubda ABŞ-ın Azərbaycanın suverinliyi və müstəqilliyini dəstəklədiyi bildirilib.

Tramp məktubunda Amerikanın Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətini davam edəcəyini vurğulayıb. 

Teqlər