May 22, 2020 17:40 Asia/Baku
  • Azərbaycanda daha 106 nəfərdə koronavirus aşkarlanıb, 59 nəfər sağalıb, iki nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 106 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SaharAzeri APA-ya istinadla xəbər verir: Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağırdır.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 test aparılıb. 

 

 

Teqlər