Azərbaycanda indiyədək 462 nəfər koronavirusdan vəfat edib
Azərbaycanda indiyədək 462 nəfər koronavirusdan vəfat edib
Azərbaycanda indiyədək ümumilikdə 32 443 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 48 68 nəfərdir.
SəhərAzəri-nin bildirdiyinə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bu məlumata görə, son 24 saat ərzində Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4868 nəfərdir.