Fev 23, 2021 16:30 Asia/Baku
  • Azərbaycanda indiyədək 200 mindən çox insan COVID-19-a qarşı vaksinasiya edilib

Azərbaycanda indiyədək 200 mindən çox insan COVID-19-a qarşı vaksinasiya edilib.

SəhərAzəri xəbər verir, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.

Nazirlik vətəndaşları vaksinasiya prosesində aktiv iştirak etməyə çağırıb.

50 yaş və daha yuxarı şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. 

Elektron xidmət vasitəsilə qeydiyyatdan keçməkdə çətinlik çəkən şəxslər ərazi üzrə poliklinikaya zəng edərək qeydiyyatçıya kimliyi barədə məlumat verməlidir. Bu zaman qeydiyyatçı həmin şəxs üçün sözügedən elektron xidmət vasitəsilə onlayn növbənin götürülməsini təmin edir.

Teqlər