Fev 28, 2021 08:37 Asia/Baku
  • Bakı İrəvanı Qarabağda atəşkəsi pozmaqda ittiham edib

Bakı Ermənistanı Qarabağda atəşkəsi pozmaqda ittiham edib.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dünən bir bəyanatda Ermənistanı Azərbaycan Respublikası və Rusiya prezidentlərilə Ermənistanın baş naziri arasında Qarabağda atəşkəs və müharibənin bitməsi barədə əldə edilmiş üçtərəfli razılaşmanı pozmaqda ittiham edib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Ermənistan qüvvələrinin qanunsuz şəkildə Azərbaycan Respublikası ərazisində yerləşmələri Azərbaycan Respublikası və Rusiya prezidentlərilə Ermənistanın baş naziri arasında Qarabağ sülhü barədə əldə olunmuş üçtərəfli razılaşmanın ciddi şəkildə pozulması hesab olunur.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bununla bağlı, Ermənistandan istəyibdir ki, erməni qüvvələrin qanunsuz şəkildə Qarabağda- Azərbaycan Respublikası ərazisində yerləşdirilmələrinə son qoysun. Nazirlik eyni zamanda beynəlxalq təşkilatları Ermənistanın təhrikedici hərəkətlərinə son qoymağa çağır

Teqlər