Apr 06, 2021 12:44 Asia/Baku
  • Azərbaycan Respublikasında 1 099 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında son sutkada koronavirus infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb.

SəhərAzəri xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, bu ölkədə son sutka ərzində 6763 test aparılıb. Bu rəqəmin hesablanması ilə Azərbaycan Respublikasında indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib və bununla ölənlərin sayı 3 711 nəfərə çatıb.

Belə bir halda, Azərbaycan Respublikasında bu tənəffüs xəstəliyindən sağalanların sayı xəstəliyə yoluxanların sayına nisbətən azalmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın statistikasına görə, bu ölkə xəstəxanalarında 25 min 830 xəstə yatır və koronavirusa yoluxma sayının artma prosesinin davam etməsilə bu ölkə məktəblərində əyani təhsil dayandırılıbdır.

Teqlər